Azərbaycanda qiymətlər qalxa bilər

11.08.2014 - 12:52

Avropa ölkələrinə ərzaq embarqosu qoyan Rusiya eyni siyasəti Azərbaycana qarşı tətbiq etsə…

Vahid Məhərrəmov: “Idxala qoyulan məhdudiyyət ərzaq bazarında qıtlıq yaratmasa da, qiymət artımına səbəb olacaq”

Avropa ölkələrinə ərzaq embarqosu qoyan Rusiya eyni siyasəti Azərbaycana qarşı tətbiq etsə…

Vahid Məhərrəmov: “Idxala qoyulan məhdudiyyət ərzaq bazarında qıtlıq yaratmasa da, qiymət artımına səbəb olacaq”

Rusiya hökumətinin Avropa Birliyi ölkələri, ABŞ, Avstraliya, Kanada
və Norveçdən idxal olunan bir sıra ərzaq məhsullarına embarqo qoyması
başqa ölkələr üçün fürsətlər açıb. Qeyd edək ki, Rusiya bu ölkələrdən
mal əti, donuz əti, meyvə və tərəvəz, quş, balıq, pendir, süd və süd
məhsullarının idxalına qadağa qoyub. Qadağaya səbəb isə adıçəkilən
dövlətlərin şimal qonşumuza sanksiyalar tətbiq etməsidir. 

Artıq Braziliya və Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarına
olan tələbatlarını ödəməyə hazır olduqlarını bəyan edib. Braziliya quş
əti və məhsulları ilə tam təmin etməyə hazır olduğunu bildirib.

Verilən məlumatlara görə, Azərbaycanla bağlı da müəyyən addımlar
atılıb. Bəzi KIV-lərin yazdığına görə, Rusiyadan Azərbaycana ərzaq
idaxalı 40 faiz azalıb.

Məsələyə siyasi baxımdan yanaşdıqda bu xəbərdə sevindirici çalarlar
da görünür. Belə ki, Rusiya ilə münasibətlərin gərginləşməsi, bu ölkə
ilə yolların ayrılması Azərbaycanın Qərbə inteqrasiyasının güclənməsinə
xidmət edə bilər. Çünki, Azərbaycan hakimiyyəti bugünə qədər Rusiya
amilindən istifadə edərək siyasi manevrlər edib. Bu baxımdan Rusiya ilə
soyuq münasibətlər gələcək perspektiv üçün müsbət qiymətləndirilir.

Ancaq Rusiyadan ərzaq idaxalına qoyulan qadağa ərzaq bazarına müəyyən
təsirlər edə bilər. Belə olan təqdirdə Azərbaycan alternativ bazar
axtarmalıdır. 

Ümumiyyətlə, idxal qadağası ərzaq bazarına nə vəd edir?

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov
“Azadlıq”a açıqlamasında bildirdi ki, ərzaq idxalına məhdudiyyət
qoyulması qiymət artımı ilə nəticələnə bilər: “Azərbaycanın özü daxili
tələbatını ödəmək üçün həmin məhsulların bir hissəsini Rusiyadan və
digər ölkələrdən idxal edir. Ilk növbədə çalışmalıyıq ki, daxili
istehlak tələbatımızı tam ödəyək. Əslində, hər bir dövlət kənd
təsərrüfatı məhsullarının istehsalı zamanı onu ixrac etmək kimi
qarşısına məqsəd qoymur. Əvvəlcə daxili tələbatı tam ödəməyə çalışırlar,
daha sonra bir hissəsini ehtiyat fond kimi saxlayırlar, artıq qalan
məhsulu xarici bazara çıxarırlar”.

Ekspert onu da əlavə etdi ki, alternativ bazarların tapılması
inhisarçılar üçün yeni fürsət olacaq: “Rusiya bir müddətdir taxıl ixracı
ilə bağlı məhdudiyyət qoyur. Azərbaycanda taxıl sahəsində vəziyyət
pisləşəndə, Qazaxıstandan taxıl almaq məcburiyyətində qaldıq. Belə olan
halda sahibkarlar digər ölkələrə üz tutmalı olurlar. Rusiya öz
əhalisinin 90 faizini ət və süd məhsulları ilə təmin edə bilir. Indiki
mərhələdə Rusiya çalışacaq ki, daxili istehsal hesabına əhalisinin ərzaq
tələbatını tam ödəsin. 

Əgər Rusiya Azərbaycana idxalla bağlı məhdudiyyət qoyacaqsa, digər
ölkələrdən eyni həcmdə məhsul gələcək. Yəni bu sahədə qıtlıq
yaranacağını düşünmürəm. Ancaq həmin ölkələr uzaqda yerləşdiyi, daşınma
xərci baha olduğu üçün, nəticədə məhsulun qiyməti də bahalaşacaq. Digər
tərəfdən, kəmfürsət oliqarxlar idxalı ələ keçirəcəklər və süni şəkildə
qiymətləri qaldıracaqlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10814

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31