İran rialı dünyanın ən dəyərsiz valyutasıdır

04.01.2018 - 14:40

Beynəlxalq Valyuta Fondu (BVF) ayrı-ayrı ölkələrə məxsus milli valyutaların ABŞ dolları qarşısındakı məzənnəsini açıqlayıb. Yeniavaz.com BVF-nin açıqladığı məlumatlara istinadən bildirir ki, hazırda 1 dollar 36000 İran rialına dəyişdirilir. Dollar qarşısında nominal dəyəri ən aşağı olan valyutalar sırasında Vyetnam donqu 2-ci sırada qərarlaşıb. 1 dollar 22700 donqa bərabərdir.

Region ölkələri arasında ən dəyərsiz valyuta Özbəkistana məxsusdur. 1 dollar 8110 somuna bərabərdir. İkinci sırada Ermənistan qərarlaşıb. Ermənistan milli valyutası – dramın dollar qarşısındakı məzənnəsi 483-ə bərabərdir.

4 ölkənin – Zimbabve, Fələstin, Şərqi Timor və Qvineya-Bisaunun milli valyutalarının daxil edilmədiyi hesabata görə, yalnız 9 ölkənin- Küveyt, Oman, Bəhreyn, Yeni Zelandiya, İordaniya, Avstraliya, Kayman Adaları, İsveçra və Lixtenşteynin milli valyutalarının nominal dəyəri ABŞ dollarından yüksəkdir.

Region ölkələri arasında nominal dəyəri dollar qarşısında ən yüksək olan milli valyuta isə Azərbaycan manatıdır. Hazırda 1 dollar 1,7 manata bərabərdir. İkinci sırada isə Gürcüstan larisi qərarlaşıb və 1 dollar 2,6 lari səviyyəsindədir.

Oxundu 115

Short URL: http://www.cumhuriyyet.net/?p=109205

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31