Dünyanın ən zəngin adamı artıq odur

10.01.2018 - 12:31

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin adamlarının yeni reytinqini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Qeyd edək ki, yanvarın 9-na olan məlumata görə, “Amazon.com”un bir səhminin dəyəri 1246 dollar təşkil edib. Şirkətin 79 mln. səhmi Ceff Bezosa məxsusdur.

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), daha bir amerikalı, sərmayəçi Uorren Baffet isə 87,2 mlrd. dollarla reytinqin üçüncü pilləsində qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Tsukerberq  (77,5 mlrd. dollar) hesab edilib.

Beşliyi 76 mlrd. dollar sərvətə malik olan “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=109644

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31