Maşın bazarındakı vəziyyət: Təklif çox, tələb azdır

28.02.2018 - 14:09

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır.

“Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası – “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur.
İkinci-əl avtomobil bazarında isə hələ ki Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir”.

O bildirib ki, ilin əvvəlində qiymət artımı baş versə də, son 15 gündə bazarda qiymətlərin nisbi azalması müşahidə edilir.

“Bu da təbii ki, tələb və təklif strukturu arasındakı ciddi fərqlə əlaqəlidir. Tələb aşağıdır, təklif çoxdur. Ona görə də qiymətlər yenidən azalmaya doğru gedir. Amma azalma ötən dövrlərdə olan artımla müqayisədə aşağıdır. Avtomobillər bazarlarında hələ də durğunluq davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=114252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31