Bu ölkəni ən çox azərbaycanlı turistlər ziyarət edirlər

06.03.2018 - 10:06
Azərbaycan vətəndaşları ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faizlik azalmaya baxmayaraq, 2018-ci ilin fevralında Gürcüstandakı turistlərin sayına görə liderdir.
Modern.az-ın məlumatına görə, ümumilikdə əcnəbi səyahətçilərin sayı 19,8 faiz, turistlərin isə 27,1 faiz artıb.
Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib ki, daha çox səfər Azərbaycan, Türkiyə (ötən illə müqayisədə 28,1 faiz artım), Rusiya (+24,2 faiz) və İrandan (+130,6 faiz) olub.
O qeyd edib ki, Avropa İttifaqı ölkələrindən – Böyük Britaniya, Litva, Fransa və Almaniyadan səfərlərin sayının artması baxımından müxbət tendensiya saxlanılıb.
Ümumilikdə 2018-ci ilin yanvar-fevral aylarında Gürcüstana 885 047 əcnəbi səyahətçi səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 129 967 nəfər üstələyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=114727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31