Pekinə bir ildə 297 milyon turist gəldi

12.03.2018 - 10:08

Ötən il Çinin paytaxtı Pekinə 297 milyon yerli və xarici turist səfər edib. Bu rəqəm əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.

Axar.az xəbər verir ki, Pekin bələdiyyəsinin turizm komissiyasının rəhbəri Sun Yü keçən il şəhərin turizm sektorunun dövriyyəsinin 546,9 milyard yuana (86,4 milyard ABŞ dolları) çatdığını bildirib. Ötən il şəhərdə 171 yeni turizm proqramı icra olunub. Bundan başqa, əcnəbi turistlər üçün Çin təbabəti, muzey və tarixi abidələrlə bağlı marşrutların sayı artırılıb.

Sun Yü paytaxt rəhbərliyinin şəhərin turizm dövriyyəsini cari ildə 7 faiz artırmağı qarşıya məqsəd qoyduğunu açıqlayıb. Bu hədəfə nail olmaq məqsədilə əcnəbi turistlər üçün 144 saatlıq vizasız rejimin tətbiq olunduğu ölkələrin və “Tax free” sisteminə qoşulan ticarət mərkəzlərinin sayı artırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=115178

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31