“Qlobal Firepower” ən çox neft ehtiyatına malik olan ölkələrin reytinqini açıqlayıb

12.03.2018 - 13:29

Beynəlxalq reytinq təşkilatı “Global Firepower” 2017-ci ilin yekunu üzrə ən çox neft ehtiyatına malik olan ölkələrin reytinqini açıqlayıb

“Report” xəbər verir ki, reytinqdə Azərbaycan 7 mlrd. barellik göstərici ilə 20-cidir.

Reytinqdə I yeri 300 mlrd. barel həcminə neft ehtiyatı ilə Venesuela tutub. II sırada Səudiyyə Ərəbistanı (269 mlrd. barel), III sırada isə Kanada (171 mlrd. barel) qərarlaşıb. İran 157,8 mlrd. barellik, İraq isə 143 mlrd. barellik göstəricilərlə 4-5-ci yerləri bölüşdürüb.

Rusiyanın neft ehtiyatları isə 80 mlrd. barel təşkil edib və sıralamada 8-ci yerdədir. ABŞ-ın neft ehtiyatları 36,5 mlrd. barel (11-ci), Qazaxıstanın neft ehtiyatları isə 30 mlrd. barel (12-ci) təşkil edib. Reytinq cədvəlində 50-ci olan Türkiyənin neft ehtiyatları isə 300 mln. bareldir.

Short URL: http://www.cumhuriyyet.net/?p=115227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31