Kitabxana etikası haqqında ilk kitab
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli ilə həmin institutun Beynəlxalq əlaqələr şöbəsimin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun birgə yazdıqları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kitabxana etikası və kitabxanaşünaslığın linqvo-konseptual məsələləri” adlı kitab işıq üzü görmüşdür. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi şurasının 19 yanvar 2018-ci il tarixli qərarı ilə nəşr edilmişdir. Əsasən fəlsəfə, kitabxana-informasiya, tarix, hüquq və dilçilik sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulmuş əsər ilk dəfə olaraq Azərbaycanda kitabxana əxlaqı fəlsəfəsinin, kitabxanaçı etikasının formalaşması probleminə, onun tarixinə və inkişafına elmi-nəzəri və milli-mənəvi kontekstdən işıq salmış, bu sahə üzrə hüquqi fəaliyyətin, kodeksləşdirmənin özünəməxsus xüsusiyyətlərini tədqiq etmişdir. Müəlliflər bu tədqiqatda kitabxana əxlaqını kultroloji fenomen kimi öyrənmiş, “kitabxanaçılığın” iş və ya peşə olması ilə bağlı polemik fikirlərə münasibət bildirmişlər.
Kitabın elmi redaktoru akademik Teymur Kərimli, elmi məsləhətçisi pedoqogika üzrə elmlər doktoru, Rusiya Milli Kitabxanasının Kitabxanalararası əlaqələr şöbəsinin müdiri İrina Truşinadır. Ümid edirik ki, kitab bu sahə ilə əlaqəsi olan şəxslər tərəfindən maraqla qarşılanacaq.
Cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=115366