“Hökumət pensiyaçıları 7 milyon manat aldadıb” – ŞOK STATİSTİKA

17.03.2018 - 00:02

“Azərbaycan statistikasında orta aylıq nominal əmək haqqı “xəta”sına görə, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına inansaq, 2018-ci i ilin yanvarın 1-ə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 528,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. Halbuki, DSK-nın 2017-ci il yanvarın 1-ə olan məlumatında Azərbaycanda orta aylıq nominal əmək haqqının 498,6 manat olduğu göstərilirdi. Sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu il ötən illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz ((528,2/498,6) x 100 =105,93-100 = 5,93) artıb. Bəs, nədən DSK orta aylıq əmək haqqının artım tempini aşağı elan edib?” . Cumhuriyyet.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu sual edir.
“Bu xətalar riyazi deyil, siyasidir”
İbadoğlu qeyd edib ki, əslində, DSK-da bu göstəriciləri dürüst hesabalamaq bacarığına malik olan yüzlərlə mütəxəssis var və biz onların fəaliyyətinə şübhə salmaq niyyətində deyilik: “Hesab edirik ki, bu xətalar riyazi deyil, siyasidir. Çünki, bu ildən başlayaraq pensiyaların indeksləşdirilməsi inflyasiya səviyyəsi əsasında deyil, orta aylıq nominal əmək haqqının artım tempi bazasında aparılır”.
“İndeksləşdirmə məbləği 0,2 faiz az ödənilir”
Q. İbadoğlu diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, ötən il pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb: “Deməli, indeksləşdirmə aparılan yaşa görə pensiyaların baza göstəricisi hazırda 233,61 manatdır. Ötən il orta aylıq əmək haqqının artım tempi 5,9 faiz olduğu halda, hesablama 5,7 faiz üzərində aparıldığından yaşa görə pensiya alan hər təqaüdçüyə indeksləşdirmə məbləği 0,2 faiz az ödənilir ki, bu da ayda 46,7 qəpik, ildə isə 5 manat 60 qəpik edir. Deməli, hökumət hər pensiyaçıya ildə 5 manat 60 qəpik az ödəməklə, bütövlükdə il ərzində bütün pensiyaçılardan (onların sayı 1 milyon 256 min nəfərdir) 7 milyon 41 min 939 manat 84 qəpik kəsir, başqa sözlə onları aldadaraq o qədər vəsaitə qənaət edir”.
“Bu hökumət gələn il sizi borclu çıxara bilər”
“Diqqət edin, görün hər gün davamlı inkişaf nağıllarından danışan hökumət kimləri aldadaraq irəli düşmək istəyir. Hələ bu azmış kimi gələn ilə də indidən hazırlıq edir. Belə ki, bu gün DSK-nın mətbuat üçün açıqladığı “İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə” məlumatında göstərilir ki, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Doğrudan da ötən ilin yanvar ayında orta aylıq nominal əmək haqqı 504,8 faiz olub, bu da o deməkdir ki, bu ilin eyni göstərici əvvəlki ildəkindən 2,97 faiz çox, lakin ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz azdır. Çünki 1 ay bundan əvvəl ölkədə orta aylıq nominal əmək haqqı 528,2 manat idi, 1 ay sonra isə 519,8 manat təşkil edib. Bu da irəliyə deyil, geriyə dönüşdür, eyni zamanda onu da deməyə əsas verir ki, gələn ilə indidən hazırlıqlar başlayıb. Ehtiyatlı olun, əziz pensiyaçılar. Belə getsə, bu hökümət gələn il sizi borclu çıxara bilər, qorxuram bu il ödədiklərini gələn geri istəsinlər ki, bəyan etsinlər ki, ölkədə orta aylıq nominal əmək haqqı azaldığına görə, biz sizə deyil, siz bizə borclusunuz”, – deyib iqtisadçı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=115672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930