“Nar”-dan sosial mediada “Novruz çarxı” kampaniyası

19.03.2018 - 11:29

“Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Mobil operatorun Facebook səhifəsində  keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən “Nar” istifadəçiləri bayramdan sonra paylaşdıqları bonusları  qazanacaqlar.

Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə – əvvəl qazandığı və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat “Nar”-ın sosial media səhifələrində təqdim ediləcək.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsində və mobil operatorun sosial media səhifələrində öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=115842

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31