Bakıdakı hotellər qiymətlərini ucuzlaşdırıblar – SƏBƏB İran turistləri

19.03.2018 - 12:20

Bakıda hər il Novruz bayramı ərəfəsində hotellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl hotellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: “Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, hotellər qiymətlərini endirdilər”.

Hotellərin hazırkı qiymətlərini normal sayan N.Bağırov bu ucuzlaşmanın Bakıdakı bütün hotellərdə tətbiq edildiyini söyləyib.

N.Bağırov qeyd edib ki, dünya praktikasına görə, adətən, Yeni il bayramı və digər bayram günlərində bütün ölkələrdə, böyük miqyaslı beynəlxalq tədbirlər keçirilən zaman həmin tədbirin keçirildiyi ölkədəki hotellər qiymətlərini qaldırırlar: “Ötən il Novruz bayramı günlərində Azərbaycana çox sayda turist gəlmişdi. Ona görə də hotellər Novruz bayramı ərəfəsində qiymətlərini qaldırmışdılar. Lakin bu il təxminən 10-15 gün əvvəl hotellər qiymətlərini normal qiymətə salıblar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=115853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31