Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir: Varisin adını tezliklə açıqlayacaq

24.03.2018 - 10:55
Azərbaycanlı iş adamı Vahid Ələkbərov Londonda keçirilən “İnvestorlar günü”ndə səhmdarı olduğu “Lukoyl” şirkəti haqqında maraqlı açıqlamalar verib.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, Ələkbərov şirkətin rəhbərliyindən uzaqlaşmağın vaxtının gəldiyini bildirib:
“Hər bir qurumun rəhbəri şirkətinin idaərəetmə fəaliyyətindən ayrılsa belə şirkətinin səmərəli işləyə biləcəyini düşünməlidir. Bu gün mənim və vitse-prezidentin funksiyalarını birləşdirdik. Vaxtı gələndə isə bu vəzifələr ayrılacaq. Məqsədimiz özəl şirkət qurmaq deyil.
Məni əvəz edəcək adam haqqında düşünürəm. Bu, yaxın qohumum olmayacaq. Zaman gələndə onun haqqında biləcəksiniz”.
Milyarder şirkətin gələcəyi haqqında narahatlığını da dilə gətirib:
“Mənim varislərimin mülkümü müflis edə biləcəyini düşünmürəm. Əks halda bu gözlənilməz nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, “Lukoyl”ın ən böyük səhmdarı 24,8% hissə ilə Vahid Ələkbərovdur. Leonid Fedun 9,8%, IFD Kapital təxminən 8% və “Lukoyl İnvestisiya Kipr” 16% hissə ilə digər səhmdarlardır.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=116003

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930