Sərdarın bir sözü ilə İlon Mask şirkətinin “Facebook” səhifələrini sildi

24.03.2018 - 11:03
“SpaceX” və “Tesla” kimi şirkətlərin sahibi olan amerikalı mühəndis İlon Mask şirkətlərinin “Facebook” hesabını silib.
Qaynarinfo xəbər verir ki, bu addıma “Facebook” sosial şəbəkəsinin 50 milyon istifadəçisinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə istifadəsinin aşkarlanması olub. Hadisəyə etiraz edən bir qrup şəxs “Twitter”də “#deletefacebook” (“facebook”u sil) haştaqı ilə şirkət əleyhinə kampaniyaya başlayıb. “WhatsApp” yaradıcılarından olan Brayn Əkton “It is time. #deletefacebook” (“Facebook”u silməyin vaxtıdır) tvitini yazıb. İlon Mask cavab olaraq “Facebook nədir ki?” sualını verib və “@serdarsprofile” adlı türkiyəli istifadəçi Maska “Əgər kişisənsə, “SpaceX” şirkətinin Facebook hesabını sil” cavabı ilə müraciət edib və Mask “Bilmirdim ki, belə bir şey var. Edəcəyəm” deyib və şirkətin səhifəsini silib.
Bundan sonra İlon Maska “Tesla”nın səhifəsindən imtina təklif olunub və o, deyiləni edib.
Qeyd edək ki, Mask heç bir zaman “Facebook” hesabı olmadığını, Mark Zükerberqə aid olan digər sosial şəbəkə “Instagram” hesabından istifadə etdiyini və silməyəcəyini bildirib.
Gülşən

Short URL: http://www.cumhuriyyet.net/?p=116005

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31