“Wi-Fi” əvəzinə “Li-Fi” olacaq

29.03.2018 - 09:37

İşıq dalğaları ilə internetin yayılması hal-hazırda aktual olan və təkminləşdirilən bir texnologiyadır

Axşam.az Technote-yə istinadən xəbər verir ki, “Light Fidelity” və ya “Li-Fi” adlanan bu texnologiya qlobal şəkildə “Philips” şirkəti tərəfindən istifadə edilməyə başlayıb.

Şirkətin “Li-Fi” sistemi armaturlarla əlaqəli bir sistem olub, LED lampaların bu armaturları istifadə edərək işıq spektrumu vasitəsilə yüksək həcmli məlumat ötürməsini təmin etməyə əsaslanır. Alınan işıq isə cihaza bağlanan USB çevirici vasitəsilə internetə çevriləcək.

Məlumata görə, “Li-Fi” vasitəsilə 1 saniyədə 224 Gb həcmində məlumat ötürmək mümkündür. Bu texnologiyanın digər bir üstünlüyü işığın parlaqlığı artdıqca ötürmə sürətinin də artmasıdır. Qısaca izah etsək, siz 1 saniyədə 20 film və ya 10-15 arası böyük həcmli AAA tipli oyunları endirə bilərsiz.

“Li-Fi” texnologiyasının “Wi-Fi”dən digər üstünlüyü odur ki, Wi-Fi dalğalarının problem olduğu ərazilərdə “Li-Fi” problemsiz işləyir və dalğaların gedib çata bilməyəcəyi yerləri asanlıqla internetlə təmin etmək mümkün olur.

LED lampalar vasitəsilə yayılan internet, dalğalar vasitəsilə yayılan internetdən daha təhlükəsizdir. Belə ki, “Wi-Fi” istifadə edərkən dalğalar kənar yerlərə də gedib çatır. Bu zaman ətrafdakı insanlar “Wi-Fi” şifrənizi qıraraq internetinizdən istifadə edə bilirlər. Amma “Li-Fi” texnologiyasında işıqlar divarları keçib başqa ərazilərə yayıla bilmədiyi üçün kənardan müdaxilə etmək olmur və bu da daha təhlükəsiz internet deməkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=116347

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31