Ən təhlükəli elektron siqaretlər

29.03.2018 - 12:24

Şimali Karolina universitetinin alimləri vanil və darçın ətirli nikotinlərin veyp və elektron siqaretlər üçün ən toksik və təhlükəli nikotin mayeləri olduğu müəyyən edib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “PLoS Biology” dərgisində dərc olunub

“Biz elektron buxarlandırıcılar üçün mayelər öz kimyəvi tərkibinə görə çox zəngin olduğunu və onların çoxunda nikotindən qat-qat təhlükəli və zəhərli maddələrin olduğunu müəyyən etmişik.  Hesab edirik ki, bizim tədqiqat metodikası müvafiq dövlət orqanlarına onların dövriyyəsi ilə bağlı düzgün siyasət formalaşdırmağa kömək olacaq” deyə tədqiqat qrupunun üzvü Robert Tarran bildirib.

Tütün tüstüsü ağciyərlər üçün zərərli olsa da, aparılan son araşdırmalardan sonra elektron siqaretlərdən qalxan buxarda daha çox miqdarda karsogen maddələrin və toksinlərin olduğunu ortaya çıxarıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=116387

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31