“Bakcell” ANS-i məhkəməyə verib

30.03.2018 - 11:59

“Bakcell” MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Bakcell” borcun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia qismən təmin edib. Qərardan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib. Şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Bakcell”in Korporativ Kommunikasiya Bölməsindən “Report”a bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti “Bakcell”in korporativ abunəçisi olub:”Telekommunikasiya xidmətlərinə görə yaranmış borclarını ödəmədiklərinə görə tərəfimizdən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiamızı təmin edərək qətnamə çıxarıb. Bundan sonra ANS şirkəti tərəfindən apellyasiya şikayəti verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır”.

Xatırladaq ki, “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya 2016-cı ildə ləğv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31