Rusiyalı müğənni kriptovalyuta yaradır – BUZCOİN

05.04.2018 - 14:29

Rusiyanın populyar teleaparıcısı və müğənni Olqa Buzova şəxsi kriptovalyutasını yaratmaq planları barədə danışıb.

İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən məlumatına görə, bu barədə o, Moskvada keçirdiyi ilk mətbuat konfransında bildirib.

Buzova bildirib ki, şəxsi imperiyasını yaratmaq niyyətindədir. Onun əsasında “Buzar” beynəlxalq blokçeyn platforması yerləşəcək. Gözlənilir ki, o, istifadəçilərə dost tapmağa, həmçinin ev kirayələmək, konsert və ya kinoya bilet almaq və digər imkanlar yaradacaq.

Platformanın nüvəsi “Buzcoin” kriptovalyutası olacaq. Buzova qeyd edib ki, o, şəxsi valyutasını yaratmış ilk rusiyalıdır. Yeni vahid elektron valyutanın təfərrüatları və qiyməti barədə müğənninin nümayəndələri aprelin 18-də məlumat verəcəklərinə söz veriblər.

Buzova əlavə edib ki, öz biznes layihəsi ilə əlaqədar səhnədən getmək niyyətində deyil. Əksinə, o, dünya səviyyəsinə çıxmaq niyyətindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=116900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728