İngilis funt sterlinqi kəskin bahalaşıb

17.04.2018 - 11:02

 Qlobal maliyyə bazarında ingilis funt sterlinqi ABŞ dolları qarşısında kəskin bahalaşıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda USD/GBP nisbəti 1,43-1,44 arasında dəyişir ki, bu da Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı 2016-cı ilin iyun ayında keçirilmiş referendumdan (“Brexit”) sonra ən yüksək həddir.

Ekspertlər funt-sterlinqin bahalaşmasını aşağıdakı gözləntilərlə izah edir:

– Britaniya hakimiyyəti “Brexit”in yekunu üzrə Avropa İttifaqı ilə daha sərfəli saziş imzalayacaq.

– İngiltərə Bankı (Mərkəzi Bank) uçot dərəcəsini artıracaq.

Xatırladaq ki, bir qədər əvvəl tənzimləyici qurum uçot dərəcəsini 0,5% həddində saxlamağa qərar verib. Bundan başqa, İngiltərə Bankı dövlət istiqrazlarının alış həcmini 435 mlrd. funt sterlinq, korporativ istiqrazların alış həcmini isə 10 mlrd. funt sterlinq səviyyəsində saxlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=117540

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728