Bitkoinin qiyməti 9 min dolları keçib

24.04.2018 - 13:09

Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin bu gün səhər saatlarında 9 min ABŞ dollarından yüksək qiymətə ticarət olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun qiyməti 4,4% artaraq 9 253 dollara çatıb.

Bitkoinin nağd forması – “Bitcoin Cash” isə 16,29% bahalaşaraq 1 547 dollara ticarət edilib.

Digər kriptovalyutalar da bahalaşmaqdadır. Belə ki, “Ethereum”un qiyməti 7,5% artaraq 681 dollara, “Ripple”in qiyməti isə 5,9% artaraq 0,92 dollara yüksəlib.

Xatırladaq ki, bu ayın ortalarından etibarən bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişib və yalnız bu gün kriptovalyuta bazarına investisiyalar fonunda qiymət 9 min dolları keçib. Hazırda bitkoinin kapitallaşma göstəricisi 421,63 mlrd. dollar təşkil edir ki, bu da həftəlik müqayisədə 30% çoxdur.

Bununla belə, bitkoinin kriptovalyuta bazarındakı payı azalmaqdadır. Bir həftə bundan əvvəl bazarın 42%-nə nəzarət edən bitkoinin payı hazırda 37% təşkil edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117976

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930