Ulduz Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə ölkəmizi qürürla təmsil edir

18.05.2018 - 21:25

Ulduz Şokolad Fabriki Çin Xalq Respublikasının Şanxay şəhərində 16-18 may 2018-ci il tarixində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.

Şirkətdən cumhuriyyet.net-ə verilən məlumata görə, Azərbaycanı təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edir.

Dünyanın ən böyük ərzaq sərgilərindən hesab olunan “Sial China” Beynəlxalq Ərzaq Sərgisində iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə məhsul ixrac edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=119059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728