“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq

21.05.2018 - 16:52

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi çərçivəsində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunacaq

Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitabı nəşr olunmuşdur.

Son iki əsrdə milli məfkurəni, özü­nüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, prosseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitab­da öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

 

Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.

Qeyd edək ki, kitabın təqdimat mərasimi mayın 24-də saat 11-də BMM-də baş tutacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=119134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728