Enerji sisteminin çökməsinin daha bir səbəbi

11.07.2018 - 11:11

Ekspert ilginc fakt açıqladı: “Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib”

3-4 iyulda Azərbaycanın enerji sistemində baş verən qəzanın səbəblərini prezident fərmanı ilə yaradılmış komissiya araşdırır. Artıq komissiyanın formalaşdırdığı araşdırıcı qrup Mingəçevir  İstilik Elektrik Stansiyasında çalışmalara başlayıb. Azərbaycan Texniki Universitetinin dosenti, əməkdar mühəndis Qara Həsənov “Xalq qəzeti”nə müsahibəsində bildirib ki, cərəyan transformatorunda bir tona yaxın yağ olur. Q.Həsənovun sözlərinə görə, cərəyan transformatorları yağlı transformatorlardır: “Hazırda bütün dünyada bu tip transformatorları qaz transformatorları ilə əvəz ediblər. Belə transformatorların heç bir partlayış və yanğın qorxusu yoxdur. Bu tip transformatorlar çox uyğun şəkildə yarımstansiyalarda öz funksiyalarını normal qaydada yerinə yetirir, cərəyanın ölçü prinsiplərinə düzgün, xətasız əməl edirlər. Təəssüf ki, bizdə yağ transformatorlarlı hələ də qaz transformatorları ilə əvəzlənməyib.  Ona görə də yanğın bu şəkildə fəsad törədib. Hazırda istifadə olunan transformatorlar ölçü transformatorlarıdır, güc transformatorları deyil. Ölçü transformatoru rele mühafizə, avtomatika, siqnala hesablanıb.

Onların funksiyaları başqadır. Ona görə də bu transormatorları komplektə uyğun şəkildə dəyişmək lazımdır. Transformatorlar ”SCADA” sisteminə uyğunlaşdırılmalıdır. “SCADA” sistemi şəbəkəni onlayn rejimində izləməyə imkan verir. Bir çox avadanlıqlar da buna uyğun olaraq rəqəmsal variantda ifadə olunmalıdır. Burada söhbət təkcə bir tranformatordan yox, müəyyən bir kompleksi dəyişməkdən, müasirləşdirməkdən söhbət gedir. Təəssüf ki, “Azərbaycan” İES-də “SCADA” sistemi tam qurulmayıb”.

Həsənovun dediyinə görə, Mingəçevir İES “SCADA” sisteminə – kompüterləşmə sisteminə keçirilməli idi: “Bu, çox mükəmməl, son variantlı sistemdir. Ancaq bu sistemin əsas əhəmiyyəti nədən ibarətdir? O, şəbəkəni online rejimində izləmək, onların şəbəkə vəziyyətini, parametrlərini, standartlara uyğun olub-olmadığını izləmək, kənarlaşma varsa, onu siqnalla korrektə etmək, komandaları yenidən işlək qayadasına salmaq və bu komandaları müəyyən bir yerin açılması və ya avtomatik qoşulması və digər işlər həyata keçirməyə imkan verir. Bu, çox mükəmməl bir sistemdir, ancaq kompleks olmalıdır”.

Q.Həsənovun dediyinə görə, Mingəçevir İES-də etinasızlıq, yağın həcminə görə tədbirlərin görülməməsi qəzaya gətirib çıxarıb: “Buraya bardürlər qoyulmalı idi. Yağın axın istiqamətləri müəyyənləşdirilməli idi. Yağ axaraq kabelin kanalına dolmamalı idi. Diqqətsizlik olan yerdə energetikada qəzanın baş verməsi qaçılmazdır. Hər etinasız hərəkət qəzaya şərait yaradır. Adicə bir şaybanın yerində olmaması böyük bir fəsada gətirib çıxarır”.

Qeyd edək ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında enerji sistemindəki problemlərlə bağlı danışıb: “Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılmışdır. Əgər bu generasiya gücləri yaradılmasaydı, biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiyalar tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılmışdır. Ancaq buna baxmayaraq, baş vermiş qəza, əlbəttə, onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm”.

Dövlət başçısının sözlərinə görə, komissiya yaxın gələcəkdə öz rəyini verəcək: “Eyni zamanda Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini əlbəttə ki, tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, – mən, əlbəttə, komissiyanın rəyini qabaqlamaq, məhz buna görə bu məsələ ilə bağlı öz fikrimi bildirmək istəmirəm, – hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb”.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121310

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031