Venesuelada minimum əmək haqqı 60 dəfə artırıldı

18.08.2018 - 11:44

Venesuela prezidenti Nikolas Maduro cümə günü “El Petro” kriptovalyutasının dəyərini və avqustun 20-dən ökədə yeni minimal əmək haqqının məbləğini açıqlayıb. Həmin gün Venesuela yeni, denominasiya edilmiş valyutaya – suveren bolivara keçəcək.

Maduronun sözlərinə görə, bir “El Petro” 60 dollar (3,6 min yeni bolivar və ya 360 milyon denominasiya edilməmiş bolivar) təşkil edəcək.

Bununla belə, avqustun 17-də “qara bazar”da məzənnə 5,9 milyon köhnə bolivar olub. Hazırkı bolivardan 5 sıfır silinəcək.

Minimum əmək haqqının həcmi 1 “El Petro”nun yarısına qədər (yəni 1,8 min bolivar və ya 180 milyon köhnə bolivar) artırılacaq. Bu o deməkdir ki, minimum əmək haqqının həcmi təqribən 60 dəfə artmış olacaq. Hazırda minimum əmək haqqı 3 milyon bolivara bərabərdir.

Prezident həmçinin ölkədə ƏDV-nin 12-dən 16 faizədək artdığını elan edib./report

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121778

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930