Ekspert: “Azərbaycan qazı Almaniya üçün çox əhəmiyyətlidir”

23.08.2018 - 12:30

 Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri Berlinlə Bakı arasında sıx ticarət əlaqələrinin olmasını nümayiş etdirir.

Bunu “Report”a açıqlamasında amerikalı ekspert, Viskonsin Markett Universitetinin professoru Piter Teys deyib.

Qeyd edək ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi jurnalistlərə bildirib ki, Almaniya Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında maraqlıdır: “Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim “Cənub Qaz Dəhlizi”nin gələcək inkişafında böyük marağımız var”.

Almaniya kansleri Angela Merkel

Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir: “Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən (Türkmənistan, İran və İraq) də təbii qaz idxalı üçün açıqdır”.

Piter Tey vurğulayıb ki, Azərbaycanın Almaniyaya enerji daşıyıcılarının ixracı ölkənin enerji təminatının əsasını təşkil etməyə davam edəcək:

 

ABŞ eksperti Piter Teys

Nəzərə alsaq ki, Almaniya Rusiya qazından çox asılıdır, bunun indiki zamanda böyük əhəmiyyəti var. Azərbaycan qazı Almaniya üçün əhəmiyyətlidir və eyni zamanda Azərbaycan xalqı üçün əlavə mənfəət yaradacaq.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qafqazda regional təhlükəsizlik məsələsi A.Merkelin Bakıdakı müzakirələrin mərkəzində olmalıdır. Azərbaycanın ərazi bütövlüyü regionda sülh və təhlükəsizlik üçün çox vacib məsələdir. Bu olmadan qaz boruları həmişə təhlükə ilə üz-üzə qala bilər, bu da Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=121838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728