“Nar” 4G istifadəçilərinin sayı 24% artıb

29.08.2018 - 11:04

2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində “Nar” 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb. Hazırda 250 mindən çox abunəçi “Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən istifadə edir.

 

Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.

 

2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verib və nəticədə “Nar” abunəçilərinin böyük bir qismi yüksəksürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

 

Son bir il ərzində “Nar” abunəçiləri 3.3 mln GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olmuşdur.

 

Qeyd edək ki, “Nar” bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Cumhuriyyet.net

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=122031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930