Gürcüstan 8 ayda 6 milyona yaxın qonaq qəbul edib

05.09.2018 - 18:22

Gürcüstanın Milli Turizm Administrasiyası 8 aylıq hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, bu ilin yanvar-avqust aylarında ölkəyə 5,9 milyon əcnəbi səfər edib, bu da 2017-ci ilin 8 ayı ilə müqayisədə 12,2% çoxdur.

Hesabata əsasən, 8 ayda ölkəyə turizm məqsədilə gələnlər 3,2 milyon nəfər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% çox). Təkcə avqust ayında Gürcüstan sərhədini 1 milyondan çox əcnəbi səyahətçi (ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çox) keçib.

Milli Turizm Administrasiyası 2018-ci ilin birinci rübündə xarici turizmdən gələn gəlirin 551 milyon dollar təşkil etdiyini açıqlayıb. İlin sonuna kimi ölkəyə 8,5 milyon səyahətçinin gələcəyi və turizmdən gəlirin 3 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Rəsmi statistikaya görə, yanvar-iyul aylarında Azərbaycana 1 milyon 655,3 min (2017-ci ilin 7 ayı ilə müqayisədə 9,1 faiz çox) əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=122353

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728