Bakı Kristal Zalı 2 ildir ki, zərərlə işləyir

07.09.2018 - 11:32

“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 176,536 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

2017-ci ildə “Bakı Kristal Zalı”nın cəmi öhdəlikləri 80% azalaraq 73 min manat, cəmi kapitalı isə 4,5% azalaraq 176,463 mln. manata düşüb.

Ötən il “Bakı Kristal Zalı”nın əməliyyat gəlirləri 369 min manat (əvvəlki ilə nisbətən 4,1 dəfə çox), əməliyyat xərcləri isə 10,83 mln. manat (58,4% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 10,46 mln. manat xalis zərərlə başa vurub ki, bu da illik müqayisədə 55% çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=122395

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728