“Nar”-dan 10 qəpiyə günlük internet paketi təklifi

13.09.2018 - 19:11

“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir. Təklif edilən “Günü 10 qəpik” paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.

“Günlük 40 qəpik” paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40”  yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES  kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə “Günlük 59 qəpik” paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES  kodunu yığmaq kifayətdir.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.

“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930