“Bakıda turistlər pul xırdalamaq üçün əziyyət çəkir”

24.09.2018 - 16:45

“Bu gün Azərbaycanda bir dənə də olsun valyuta dəyişmə məntəqəsi yoxdur. Axı, niyə? Biz valyuta dəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Rüfət Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, banklar şənbə və bazar günləri işləmir: “Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyuta dəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkir. Niyə görə bir dənə də valyuta dəyişmə məntəqəsi yoxdur?”

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib. “Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər olmasa, bununla bağlı açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

Deputat Vahid Əhmədov da bunun ciddi bir problem olduğunu və insanlarda narazılıq yaratdığını bildirib. O, qeyd edib ki, bu məsələ artıq həllini tapmalıdır, bəhanələrə son qoyulmalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=122918

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930