Deputat dollar kreditinə görə “od püskürdü”

01.10.2018 - 13:46

“Biz tətildə olan zaman Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı çox ciddi bir qərar qəbul edib. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq.

Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən güzəştlər olunurdu. Bu qərarın qəbul edilməsi isə faktiki olaraq bu kimi halların qarşısını alır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, insanların xarici valyutada olan kreditləri ödəmək imkanları yoxdur.

“Ona görə bu məsələ bank sistemində çox ciddi nəticələr yaradacaq”-deyə o bildirib.

Vahid Əhmədov xarici valyutada olan kreditlərlə bağlı ölkə başçısına müraciət edib. “Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin. Və Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar müəyyən qərarlar qəbul etsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123129

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930