Şirkətlər Qrupu Avropada daha 3 tələbənin təhsilinə dəstək oldu

02.10.2018 - 14:30

Təhsilə dəstək, savadlı və xüsusi istedadlı gənclərin yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafı “Veysəloğlu” şirkətlər qrupunun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında özünün prioritetliyini qoruyub saxlamaqdadır.

Bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən tələbələrin seçimini aparan şirkətlər qrupu onların xaricdə təhsil alaraq, beynəlxalq təcrübə qazanmaları üçün lazımi köməkliyi göstərməkdə davam edir.

“Veysəloğlu” qrup Avropanın nüfuzlu universitetlərindən olan Turin Politexnik Universitetinin  (Politecnico di Torino) neft və mədən mühəndisliyi ixtisası üzrə magistr təhsili alması üçün 3 istedadlı gəncə – Əlirza Orucov, Qasım Əlicanov və Cavid Salmanova dəstək olub.

Qeyd edək ki, şirkətin dəstək olduğu tələbələrdən biri Əlirza Orucov bir neçə innovativ layihələrin müəllifidir. O, “Şumsuz əkin”, “Təmiz ada” layihələri ilə bir neçə müsabiqənin qalibi olub.

Cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123212

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930