Azərbaycanın ən güclü kolleci seçildi

24.10.2018 - 13:20

“Mektebgushesi.az” portalı “Azərbaycanda ən güclü kollec hansıdır?” sualı ilə respondetlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub.

Cumhuriyyet.net xəbər verir ki, virtual səsvermə yolu ilə baş tutan sorğuya qatılan repondetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini qalib ediblər. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğuya qatılanların yarıdan çoxu məhz bu kollecə səs veriblər. Ümumilikdə 8527 respondent arasından 4414-ü bu kollecə etimad göstərib.

 

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əsası ötən əsrin 19-cu ilində qoyulub. Azərbaycanın ən qədim universiteti – Bakı Dövlət Universiteti ilə eyni ildə təsis olunan kollecin bugünə qədər onminlərlə tələbəsi olub. Hazırda paytaxtda və regionlarda çalışan pedaqoqların çoxu məhz bu kollecin yetirməsidir.

 

Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş kollec sonradan Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Hazırda kollecdə 3000-ə yaxın təhsil alır. 300-ə yaxın heyətin çalışdığı kollecin müəllimləri arasında alimlər, elmlər doktoru, professorlar, elmlər namizədləri də var. Kollecin direktoru təhsil ictimaiyyətinin yaxından tanıdığı, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovdur. Müasir inkişaf xətti götürən kollec ən müasir dəyərlərə cavab verən sinif otaqları, maddi-texniki avadanlıqlarla təhciz olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=123964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930