“Nar”“BakuTel-2018” sərgisində iştirak edəcək

01.12.2018 - 14:50

“Nar” 4-7 dekabr tarixlərində keçiriləcək 24-cü “BakuTel-2018” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyalarısərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də ənənəvi keçirilən sərgidə özünün ən son yeniliklərini nümayiş etdirəcək.

 

Dörd gün ərzində davam edəcək sərgidə “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi, istənilən məkanda və vaxtda smartfonlarda 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verən “Nar TV” tətbiqini, 4Gşəbəkəsinin əhatə etdiyi hər yerdə 30-dan artıq cihazı eyni anda internetə qoşa bilən naqilsiz “Nar Wi-Fi” ruterini təqdim edəcək. “Nar” stendinin ziyarətçiləri “Nar TV”  tətbiqi və “Nar  Wi-Fi” ruteri ilə əyani tanış olmaqla yanaşı, ilk dəfə sınaqdan da keçirə biləcəklər.

 

Sərgi iştirakçıları eyni zamanda ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu6 müxtəlif “Full” paketləri haqqında məlumatlar alacaq. Qonaqlar virtual reallıq oyunu vasitəsilə “Nar” 4G sürətini hiss edə biləcəklər.

 

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi günlərdə “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon – “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

 

Mobil operator hər kəsi 4-7 dekabr tarixlərindəBakı Ekspo Mərkəzində keçiriləcək 24-cü beynəlxalq “BakuTel-2018” -Telekommunikasiya və informasiya texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125145

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930