Amerika neft nəhəngi Azərbaycanı tərk edir – Təcili

04.12.2018 - 15:54

ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31