Neft sürətlə dəyər itirir: BU NƏ OYUNDUR…

25.12.2018 - 13:23

Xəbər verildiyi kimi ötən gün Nyu-York və London birjalarında hərracların yekunu olaraq “Brent” markalı neft 6 faizdən çox dəyər itirib. Hərraclar yekunlaşanda neftin bir barelinin qiyməti təxminən 50.6 dollarda sabitləşib.

Bu gün Milad bayramı ilə əlaqədar olaraq London və ABŞ birjaları işləmir. Qərb birjalarının işləmədiyi bir vaxtda Moskva birjasında səhər saatlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi prosesi gedir. İndiki dəqiqlələrə olan məlumata görə Moskva birjasında “Brent” markalı neftin bir bareli 50 dollardan da aşağı düşüb və təqribən 47 dollara yaxındır.

Neftin indiki kəskin ucuzlaşması bir sıra amillərlə bağlıdır. Nəticədə OPEC+ ölkələrinin hasilatı sutkada 1.2 milyon barrel azaltmaq barədə əldə etdikləri və yanvardan qüvvəyə minəcək razılaşma belə neftin dəyər itirməsinin qarşısını ala bilmədi.

Bəs bu amillər hansılardır və neftin ucuzlaşmasının arxasında siyasi səbəblər nə dərəcədə üstünlük təşkil edir.

Analitiklərə görə ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə faiz dərəcələrini artırdı. Bu da inkişaf etməkdə olan ölkələrdə dolların bahalaşması və nəticədə milli iqtisadiyyatlarının geriləməsi ilə müşaiyət oluna bilər. Eləcə də ABŞ-ın özündə investorlar pul siyasətinin sərtləşdirilməsinə mənfi reaksiya veriblər və Birləşmiş Ştatların qiymətli kağızlar bazarında indekslər 2 faizdən çox aşağı düşüb. Bazarlar Vaşinqtonda qəbul edilən qərarlara əsəbi reaksiya verirlər. Çoxsaylı xəbərlərdə deyilir ki, prezident Donald Tramp FED rəhbəri Ceroma Pauellin vəzifədən kənarlaşdırılması imkanlarını müzakirə edir. Bu məsələ, habelə bazardakı volatillik maliyyə naziri Stiven Mnuçini vadar edib ki, ABŞ-ın altı ən iri bankının rəhbərlərini toplasın. Habelə müdafiə naziri Ceyms Mettisin Trampla kəskin fikir ayrılıqlarını elan edib istefa verməsi də Vaşinqtondakı siyasi ab-havanı gərginləşdirib.

Digər amil Çin iqtisadiyyatında baş verənlərdir. ABŞ-la girdiyi ticarət müharibəsində mövqeləri bir qədər zəifləyən Çinin əsas birja indeksi “Shanghai Composite” ötən gün ərzində 2 faizdən çox aşağı düşüb və dörd illik minimm səviyyəsinə enib. Çin iqtisadiyyatında geriləmə əlamətləri dərhal neftin qiymətlərinə təsir edir və indi də belə olub. Eləcədə Yaponiyanın “Nikkei” indeksi Asiya birjaları arasında ən pis nəticəni göstərərək 4.6 faiz aşağı düşüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=125907

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930