Azərbaycanda bank sahibləri kimlərdir: Payını satanlar və ya “əldəyişməsi” edənlər

27.03.2019 - 23:41

Devalvasiyadan sonra Azərbaycandakı bankların səhmdarları arasında ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərin bir qismi yalnız “əldəyişməsi” xarakterli olsa da, bir qismi səhmdarların bazardan getməsi ilə nəticələnib.

Maliyyə böhranından əvvəl – 2014-cü il və maliyyə böhranından sonra – 2019-cu ilin əvvəli üzrə bankların səhmdar tərkiblərini oxucularına təqdim edirik.

Cədvələ nəzər salsaq, Azərbaycanda fəaliyyət göstərən bankların arasında səs-küysüz səhm satışı ilk olaraq “VTB-Azərbaycan”ASC-də qeydə alındı. “AtaHoldinq” bu bankdakı payını sataraq həm borclarını bağladı, həm də səhmdar dividendini götürdü. Nəticədə “VTB-Azərbaycan” sırf Rusiya kapitallı banka çevrildi.

Bundan başqa, sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan “AtaHoldinq” ilə bağlı planları dəyişdi. “Atabank”ın Fazil Məmmədovda qalması qərara alındı və ona görə də keçmiş nazirə məxsus “Synercy Qrup” “AtaHoldinq”in yerinə bankın əsas səmdarı oldu.

“Gilan Holdinq”in bankı kimi tanınan “AFB Bank”ın yeni səhmdarı Hikmət İsmayılovun holdinqin bütün səhmlərinə sahib çıxması isə bank sektorunda yalnız “əldəyişməsi” kimi qəbul edilir.

Dövlət bankları arasında səhmdar dəyişməsi Azər-Türk Bankda qeydə alınıb. “Turan Bank” və “Aqrar Kredit” bank olmayan kredit təşkilatı bu bankdakı 50% səhmini  yeni səhmdarlara – Əmlak Məsələləri Dövlət Komitəsi, AZRE Təkrarsığorta Şirkəti, “Qala Həyat” Sığorta Şirkətinə ötürüb.

“Bank Avrasiya”nın səhmdarları arasında “Tayning Global İnk” səhmlərini “PMD Group”a verib.

“Bank of Baku”nun səhmdarları arasından isə Rafiq Əliyevin yerinə payçı kimi Hikmət İsmayılov tanınıb. Qeyd edək ki, bu şəxs həm də AFB-nin tam səhm paketinə sahibdir.  Bu isə bir daha AFB-nin səhmlərinin yalnız “əldəyişməsi” olduğunu göstərir.

“Expressbank”ın yeni səhmdarlarının arasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti diqqəti çəkir. Bu bankdakı digər dəyişikliklər cədvəldə öz əksini tapıb.

Bankın adı Səhmdarlar, 01.03.2019 Səhmdarlar, 04.06.2014
1 AccessBank 19.90% – Asiya İnkişaf Bankı;
17.39% – Avropa İnvestisiya Bankı;
16.56% – Beynəlxalq Maliyyə Korporasiyası;2.91% – responsAbility SICAV (Lux)
7.11% – responsAbility Management Company S.A. –
9.41% – Hollandiya İnkişaf Bankı (FMO);
9.17% – Avstriya İnkişaf Bankı;
8.89% – SIFEM AG;
2.78% – EFSE;
2.27% – Symbiotics SICAV (Lux.);
1.77% – GGF;
1.27% – LFS Advisory GmbH;
0.58% – Qara Dəniz Ticarət və İnkişaf Bankı;
20,00% – Qara Dəniz Ticarət və İnkişaf Bankı
20,00% – Avropa Yenidənqurma və İnkişaf Bankı
20,00% – Beynəlxalq Maliyyə Korporasiyası
20,00% – KFW Bankı (Almaniya)
17% – Access Microfinance Holding AG
3% – LFS Financial SYSTEMS GMBH. (Almaniya)
2 AFB Bank 99,6406% – Hikmət İsmayılov
0,1797% – Cəmil Muradov
0,1797% – Əkbər  Abdullayev
99,5% – Gilan MMC
0,26% – Muradov Cəmil Tahir oğlu
3 AG Bank Çingiz Əsədullayev
Marçenko Qriqoriy
Fərzulla Yusifov
Beynəlxalq Maliyyə Korporasiyası
Kazimir Partners Şirkəti (Böyük Britaniya)
78 Minoritar səhmdar
Beynəlxalq Maliyyə Korporasiyası – 4,28%Kazimir Partners şirkəti – 2,45%

Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) – 33,57%

Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) – 5,79%

Marçenko Qriqoriy – 8.30%

Səhmdarların ümumi sayı 83 , minaritariyaların sayı 82 onların ümumi payları – 66,43%

4 Amrah bank 53,16% – Yunis İldırımzadə
45,84% – Bəhreyn Beynəlxalq İnvestisya Bankı
0,33% – Elza İldırımzadə
0,33% – Əmrah İldırımzadə
0,33% – Xalıd İldırımzadə
51% – Fiziki şəxslər (İldırımzadələr)
49% –  Bəhreyn Beynəlxalq İnvestisya Bankı
5 AtaBank 86,00% – Synergy Group
9,3% – Əşrəf Kamilov
4,7% – Mahir Rəfiyev
24% – Fiziki şəxslər
76% – ATA Holding
6 Azərbaycan Beynəlxalq Bankı 91,40% – Maliyyə Nazirliyi
4,84% – Qeyri-Dövlət Müəssisələri, Fiziki şəxslər
3,76% – Əmlak Məsələləri Dövlət Komitəsi
91,40% – Maliyyə Nazirliyi
4,84% – Qeyri-Dövlət Müəssisələri, Fiziki şəxslər
3,76% – Əmlak Məsələləri Dövlət Komitəsi
7 Azərbaycan Sənaye Bankı 98,4252% – Anadolu Investment Company
1,0000% – Leyla Goozal Kurt
0,5748% – Azərbaycan Sənaye Lizinq Şirkəti
94% – Anadolu Investment Company
5% – Azərbaycan Sənaye Sığorta ASC
1% – Azərbaycan Sənaye Lizinq MMC
8 Azər-Türk Bank 75,00% Əmlak Məsələləri Dövlət Komitəsi
12,37% – Ziraat Bank Türkiyə
6,55% – AZRE Təkrarsığorta Şirkəti
5,00% – Qala Həyat Sığorta Şirkəti
1,08% – Ziraat Bank İnternational (Almaniya)
4% Turan Bank
4% Ziraat Bank İnternational (Almaniya)
46% – Ziraat Bank
46% – Aqrar Kredit
9 Bank Avrasiya 37,50% – Euro Standard Şirkəti
37,50% – PMD Group
25,00% – Azbizneskom Şirkəti
25,00% – Azbizneskom Şirkəti
38% – Tayning Global İnk
37% – Euro Standard Şirkəti
10 Bank BTB 74,99% – Nigar Mehdiyeva
19,01% – Rza Sadiq
6,00% – Tükəzban Mahmudova
74,99% – Nigar Mehdiyeva
15% – Əliyev Elməddin Nurəddin oğlu
10% – Əliyev Cəfər Tofiq oğlu
11 Bank of Baku 35,00% – NAB Holding (Türkiyə)
31,11% – Hikmət İsmayılov
28,89% – Azpetrol Neft Şirkəti
5,00% – Elçin İsayev
10% – Azinvest MMC
11% – Rafiq Əliyev
29% – “Azpetrol Neft Şirkəti”
10% – Elçin İsayev
40% – NAB Holding (Türkiyə)
12 Bank Respublika 49,4044% – Natiq Quliyev
16,5986% – DEG İnvestisiya və İnkişaf Korporasiyası (Almaniya)
7,7385% – Elçin Quliyev
7,4080% – Sevda Quliyeva
7,3241% – Saday Quliyev
7,1733% – Mariya Quliyeva
4,2495% – Sparkassen İnternational Development Trust Şirkəti (Almaniya)
0,1035% – Adları açıqlanmayan 3 Hüquqi VƏ 9 Fiziki şəxs
8% – Sparkassen İnternational Development Trust Şirkəti (Almaniya)
17%- DEG İnvestisiya və İnkişaf Korporasiyası (Almaniya)
75% yerli səhmdarlar
13 Bank VTB Azərbaycan 99,999995% – BankVTB (Rusiya)
0,000005% – Adıgözəl Ağayev
0,000005% – Adıgözəl Ağayev
49% – ATAHolding
51% BankVTB (Rusiya)
14 Expressbank 40,00% – Azenco Group
25,00% – Hikmət Xammədov
17,69% – Enerqoservis Şirkəti
17,00% – Hafiz Seyidov
0,31% – Dövlət Avtomobil Nəqliyyatı Xidməti
17,69% – Enerqoservis Şirkəti
40,00% – Azenco Group
42% – ADOR MMC
15 Günay Bank 50,81% – Mahmud Məmmədov
38,94% – Yeganə Şirinova
2,67% – Günay İldırımzadə
2,31% – Xanım Məmmədova
1,31% – Ceyran Ələsgərova
1,12% – Samir Cəfərov
1,10% – Mahir Xəlilov
1,10% – Əhəd Şirinov
0,63% – Əhməd Mehribani (Fransa)
50,81% – Mahmud Məmmədov
38,94% – Yeganə Şirinova
2,67% – Günay İldırımzadə
2,31% – Xanım Məmmədova
1,31% – Ceyran Ələsgərova
1,12% – Samir Cəfərov
1,10% – Mahir Xəlilov
1,10% – Əhəd Şirinov
0,63% – Əhməd Mehribani (Fransa)
16 Kapital bank 99,86% – PAŞA Holding
0,14% – 190 Fiziki şəxs
100% – PAŞA Holding
17 Muğan Bank 63,50% – Elmir Mehdiyev
13,10% – Maqbet Mehdiyev
12,05% – Vəfa Vəliyeva
11,35% – Fəridə Mehdiyeva
11,35% – Fəridə Mehdiyeva
12,05% – Vəfa Vəliyeva
13,10% – Maqbet Mehdiyev
63,50% – Elmir Mehdiyev
18 Naxçıvan Bank 100%- 4 Fiziki şəxs 100%-3 fiziki şəxs
19 NBC Bank 65,91% – Nuru Əliyev
6,42% – Aynur Kamalova
6,42% – Aysel Usubova
6,16% – Nüşabə Səfiyeva
6,02% – Nurgun Group
4,30% – Surxay Əhmədov
2,72% – Caspian Insurance CO. Şirkəti
1,02% – Elnur Səfiyev
1,02% – Nicat Səfiyev
14% hüquqi şəxslər
86% Fiziki şəxslər
20 Nikoil Bank 95,68% – Topaz İnvestmenst Şirkəti
4,22% – Marina Kulişova
0,1% – İSR Holdinq
56% – Topaz İnvestmenst Şirkəti
34%- QSC Nikoil
9% – Uralsib-İnvest MMC
1% – İSR Holding MMC
21 Xalq Bank 50,00% – İdeal Business CO. Şirkəti
33.85% – Euro Standard Şirkəti
16,15% – Amal İnvest Group
16% – Avanqard-1 MMC
34%- Euro Standard MMC
50,00% – İdeal Business CO. Şirkəti
22 İran Milli Bankı Bakı filialı 100,00% – İran Milli Bankı (Bank Melli İran) 100,00% – İran Milli Bankı (Bank Melli İran)
23 Pakistan Milli Bankı Bakı filialı 100% – Pakistan Milli Bankı 100% – Pakistan Milli Bankı
24 PAŞA Bank 60,00% – PAŞA Holdinq
30,00% – ADOR Şirkəti
10,00% – Arif Paşayev
10,00% – Arif Paşayev
30,00% – ADOR Şirkəti
60,00% – PAŞA Holdinq
25 Premium Bank 84,5% – Zərifə Həmzəyeva
15,2% – VİP Aviasiya Xidmətləri Şirkəti
0,3% – Elvira Əhmədova
16% fizki şəxslər
84% – SilkWay Holding
26 Turan Bank 71,60% – 21 Fiziki şəxs
28,40% – 6 Hüquqi şəxs
71,60% – 21 Fiziki şəxs
28,40% – 6 Hüquqi şəxs
27 Rabitəbank 32,53% – Seyran Nuriyev
22,73% – Aslan Xasayev
13.14% – Zakir Nuriyev
10.43% – Dilarə Nuriyeva
9.80% – Rauf Əliyev
9.50% – Validə Abasova
1.70% – Yaşar Qurbanov
0.70% – digərləri
38% – Zakir Nuriyev
16% – Seyran Nuriyev
22% – Aslan Qasıyev
24% – Dilarə Nuriyeva
28 Unibank 44,5% – Avropa Yenidənqurma və İnkişaf Bankı
41,9% – Eldar Qəribov
5,1% – Canley Finance SA Təşkilatı
2,5% – Zemfira Cəfərova
2,5% – Ribel Finance SA Təşkilatı
2,2% – Tsagkamilis Georgios
0,8% – İnna İvaşenko
0,3% – Faiq Hüseynov
0,2% – Emin Quliyev
8% – Almaniya İnvestisiya şirkəti
15% – Avropa Yenidənqurma və İnkişaf Bankı
6% – Minoritar səhmdarlar
6% – Zemfira Cəfərova
65% – Eldar Qəribov
29 YapıKredi Bank Azərbaycan 99,98% – YapıKrediBank (Türkiyə)
0,01% – YapıKredi Yatırım Menkul Değerler Şirkəti (Türkiyə)
0,01% – YapıKredi Finansal Kiralama Şirkəti (Türkiyə)
30 Ziraat Bank Azərbaycan 99,98% – Ziraat Bank (Türkiyə)
0,01% – Ziraat Sığorta Şirkəti (Türkiyə)
0,01% – Ziraat Yatırım Menkul Değerler Şirkəti (Türkiyə)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2019
BE ÇA Ç CA C Ş B
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930