Dünya Bankı: Azərbaycan yoxsul ölkələr üçün donor olacaq

28.03.2019 - 01:26

Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) aprel ayında keçiriləcək toplantısında Azərbaycanın yoxsul ölkələrə donor qismində nə qədər vəsait ayıracağı müəyyən olunacaq. Cumhuriyyet.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.
Regional direktor yoxsul ölkələrə göstərdiyi dəstək və yardıma görə Azərbaycana minnətdarlığını bildirib: “Azərbaycan da 1992-ci ildə Dünya Bankına yenicə qoşulanda yoxsul ölkə idi. Bu gün isə Azərbaycan dövləti bir çox sahələrdə əhəmiyyətli dərəcədə uğurlar əldə edib və yoxsul ölkələrə öz yardımını təklif edir. Biz buna görə çox şadıq və Azərbaycana minnətdarıq”.
Azərbaycanın Dünya Bankının strukturuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi institutlarda səhmlərinin artırılması məsələsinə gəldikdə M.Tembon qeyd edib ki, ölkə buna öz razılığını verib və zəruri sənədləri imzalayıb: “Ən əsas məsələ razılaşmanın əldə olunması və Azərbaycanın razılığının alınması idi. Buna da nail olmuşuq. Ancaq biz ölkənin öz payını nə qədər artıracağını bilmirik. Bu, uzun prosesdir və 10 ilə yaxın vaxt apara bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127687

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930