Azərbaycan nefti bahalaşır

10.04.2019 - 00:35

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 8-də 73,04 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,1 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,19 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=127801

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728