Azərbaycanda bank və mobil rabitənin “qənimi”

18.05.2019 - 00:32

Azərbaycanda banklar rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geri qalır. “Mood’s” Beynəlxalq reytinq agentliyinin analitikləri belə hesab edirlər. Agentliyin MDB ölklərinin bank sektorlarının rəqəmsallaşmasına dair hesabatında deyilir: “Azərbaycanda plastik kartlar üzrə dövriyyə əhalinin gəlirlərinin təxminən 6 faizini təşkil edir və bu göstərici üzrə ölkə MDB-də yalnız Tacikistanı qabaqlayır. Onlayn bank hesablarının sayı isə ümumi hesabların sayının cəmi 7 faizini təşkil edir, bu da MDB ölkələri arasında ən pis göstəricidir”.
Agentliyin məlumatına əsasən, həmçinin Azərbaycan mobil rabitənin yayılması üzrə regionun digər ölkələrindən bir qədər geridə qalır. “Əgər MDB ölkələri arasında hər 100 nəfərə orta göstərici 136 SIM-kart təşkil edirsə, Azərbaycanda bu göstərici hər 100 nəfərə 103 nömrə təşkil edir. MDB ölkələri arasında Azərbaycan bu göstərici üzrə Moldova, Tacikistan və Özbəkistanı geridə qoyur”.
“Mood’s”in hesabatında o qeyd olunub ki, internetin yayılması üzrə Azərbaycan MDB ölkələrini mühüm dərəcədə geridə qoyur. Əhalinin 79 faizi internet şəbəkəsi istifadəçisidir, baxmayaraq ki, MDB üzrə orta göstərici 68 faiz təşkil edir. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir.
Azərbaycan niyə bank və mobil rabitə sistemində geri qalır?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, Azərbaycan rəqəmsal texnologiyalar baxımından geridə qalır: “Ölkənin elementar mobil interneti zəifdir. İnkişaf etmiş Avropa ölkələri ilə müqayisəni bir kənara qoyuram, Gürcüstana, Ukraynaya, Rusiyaya və digər yaxın dövlətlərə gedəndə mobil internetin güclü olduğunu görmək olur. Azərbaycanda mobil internet çox zəifdir, ölkəmiz bu sahədə geri qalıb, vaxtında tədbirlər görülməyib”.
Banklara gəlincə, ekspert qeyd edib ki, rəqəmsallaşma prosesində maliyyə qurumları öndə getməlidir: “Sözügedən prosesdə bankları əvvəlki dövrlərin tələblərinə uyğun olaraq qənaətbəxş hesab etmək olardı. Amma son 4 ildə, yəni devalvasiyadan sonra banklar bu sahəyə demək olar ki, investisiya yatırmırlar. Buna görə də yerli banklarda bu sahənin inkişafından danışmaq əbəsdir. Digər səbəb də, ölkədə kölgə iqtisadiyyatının mövcudluğudur. Yəni dövriyyənin xeyli hissəsi qeyri-rəsmi olduğuna görə, bank hesablarından, plastik kartlardan kənar keçir. Buna görə də, ötən ilin sonunda Vergi Məcəlləsinə vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması üçün dəyişikliklər olundu. Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər, əsasən, aylıq əməkhaqqı 8.000 manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə, əməkhaqqı 8.000 manatdan çox olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faiz həcmində müəyyənləşdirilməsi, ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması və digər məsələləri əhatə edir. Amma etiraf etmək lazımdır ki, son dövrlərdə geriliyin aradan qaldırılması üçün addımlar atılır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128325

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930