Maaş və pensiyalar artacaq: Prezident tapşırıqlar verdi – VİDEO

30.05.2019 - 09:24

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək. Bu barədə millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb.

Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Short URL: http://www.cumhuriyyet.net/?p=128695

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728