Neft Fondunda milyonlar necə yoxa çıxır?

07.06.2019 - 00:52

Ötən ilki uğursuzluğunu kənar amillərin təsiri ilə izah edən Azərbaycan Respublikası Dövlət Neft Fondu bir sıra vacib məlumatları ictimaiyyətdən gizlətməklə yanaşı, açıqladığı informasiyalarla da əhalini çaşdırır. EkoNews xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O, bildirib ki, bəzi vacib məsələləri aydınlaşdırmaq üçün yenidən ARDNF-nin dünənki açıqlamasına qayıtmağa ehtiyac var.
Q. İbadoğlunun sözlərinə görə, 28 dekabr 2017-ci il tarixli prezident fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il üçün təsdiq edilmiş büdcəsində Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 42 milyon 46 min 100 manat nəzərdə tutulurdu.
Sonradan Prezidentin 17 iyul 2018-ci il tarixli Fərmanı ilə Dövlət Neft Fondunun 2018-ci il büdcəsinə dəyişikliklər edilib və valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 042 046,1 min manatdan 1 216 734,8 min manata qədər artırılıb: “Yekunda nə baş verib. Fond ötən il vəsaitlərin idarə edilməsindən cəmisi 181,1 milyon manat məbləğində gəlir əldə edib. Göründüyü kimi, Fond özünün hazırladığı proqnoza 14,9 faiz əməl edib. Belə ki, bu mənbədən Dövlət Neft Fondunun büdcəsinə daxil olan vəsait büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 1 035,6 milyon manat və yaxud 85,1 faiz az olub. Ötən il ərzində Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 0,35 % təşkil edib ki, bu da büdcədə nəzərdə tutulmuş gəlirlilik göstəricisi ilə müqayisədə (1,96% ) 1,61 %, 2017-cı il ilə müqayisədə 1,53% azdır”.
Q. İbadoğlu qeyd edir ki, Fondun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0.35 faiz təşkil edib ki, sözügedən göstəricidə borc öhdəlikləri və pul bazarları altportfelinin gəlirliyi 0.68 %, daşınmaz əmlak altportfeli gəlirliyi 0.54% olub: “Lakin Fond dünən açıqladığı bəyanatında bildirir ki, uğurlu diversifikasiya siyasətinin nəticəsində ötən il daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9% təşkil edib. Diqqət edin, görün Fonda ictimaiyyəti necə aldadır. Aktivlərini ABŞ dolları ilə qiymətləndirən Fond əmlak bazarında gəlirliyi məzənnə fərqini nəzərə almadan yüksək olaraq 9,9 % təqdim edir. Halbuki, məzənnə fərqi nəzərə alınandan sonra ötən il Fondun əmlak bazarında sərmayələri üzrə illik gəlirlik səviyyəsi 0,54 % olub.
Sizcə, əmlak bazarında əldə edilən gəlirlər niyə aşağı göstərilir, pullar hara gedir? Fondun açıqlamasından məlum olur ki, icarədən qazanılan pullar təmir-tikintiyə və yenidənqurmaya sərf olunur. Buna inanırsınızmı?”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=128805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930