“Azərenerji”yə sərt ittiham: “Korrupsiya, “otkat” və “şapka” yuvasıdır”

05.07.2019 - 00:28

Natiq Cəfərli: “ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməlidir”
Ötən ilin dekabrın 31-ə “Azərenerji” ASC-nin cəmi aktivləri 3 milyard 713 min 924 manat təşkil edib. Bu 2017-ci il ilə müqayisədə 1,7% çoxdur. Bu barədə “Azərenerji”nin 31 dekabr 2018-ci il tarixinə bitən il üzrə mənfəət və ya zərər və digər məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda deyilir.
Hesabata əsasən, ötən il üzrə ASC-nin cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 min manat olub, bu da 2017-ci illə müqayisədə 4% azdır.
“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı. Yəni 2017-2018-ci illərdə “Azərenerji”-nin zərəri 1 milyard manata yaxın olub. ASC-nin bu günə cəmi öhdəlikləri 2 milyard 527 milyon 840 manatdır ki, bunun da 1 milyard 707 milyon manatı, yəni, təqribən 1 milyard dolları kredit borclarıdır.
“Azərenerji” büdcədən hər il dotasiya alır, son iki ildə aldığı subsidiyanın miqdarı 196 milyon manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 milyon manatdır. İqtisadçı Natiq Cəfərli deyir ki, ASC digər dövlət şirkətləri kimi rəsmən büdcəni talayır: “”Azərenerji”-nin nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir”.
Ekspertə görə, dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir: “Korrupsiya, “otkat” və “şapka” yuvasıdır. Bu ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir, yoxsa Arabulun taleyini heç kim yaşamaq istəməz”.

Toplum.Tv

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2019
BE ÇA Ç CA C Ş B
« İyn    
1234567
891011121314
15161718192021
22232425262728
293031