Türkmənbaşı yolu kəsdi, Rahmonun TIR-ları Azərbaycana yönəldi

17.07.2019 - 16:19

Türkmənistan artıq yarım ildən çoxdur Tacikistana aid ağırtonnajlı yük maşınlarını öz ərazisinə buraxmır.

Virtualaz.org xəbər verir ki, bu səbəbdən Tacikistan yükdaşıyanları Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizinə istiqamətləniblər. Bu dəhliz Türkmənistan marşrutundan daha uzun olsa da tacik TIR-larının stabil və təhlükəsiz hərəkətinə imkan verir.

Tacikistanın nəqliyyat nazirinin müavini Suxrob Mirzozoda bildirib ki, Türkmənistanın tacik TIR-ları üçün yolu bağlamasından sonra onlar problemi iki alternativ marşrutu seçməklə həll ediblər.

“Biz bu problemi hazırda yüklərin maneəsiz daşındığı iki alternativ marşrutla həll etmişik”,-o qeyd edib.

Mirzozoda bildirib k, yeni istiqamətlər Türkmənistan ərazisinə nisbətən xeyli uzundur. Birinci marşrut Özbəkistandan Qazaxıstanın Xəzərdəki Aktau limanına, oradan isə Bakıya, daha sonra Azərbaycan üzərindən Gürcüstana uzanır. İkinci marşrut isə yenə də Özbəkistandan keçməklə Qazaxıstana, oradan Rusiyaya və Gürcüstana, daha sonra Yaxın Şərq ölkələrinə istiqamətlənir.

Mirzozoda bildirib ki, tacik yükdaşıyanlarının Azərbaycan və Gürcüstan yol infrastrukturundan istifadə etməsinə dair bu ölkələrlə razılaşmaları qısa müddətdə əldə ediblər.

Türkmənistan Tacikistana aid TIR-ları öz ərazisindən niyə buraxmadığını izah etmir. Türkmənistan tərəfi ilk dəfə ötən ilin yayında tacik TIR-ları üçün yolu bağlayıb. Nəticədə İran-Türkmənistan sərhədində yüzlərlə TIR yığılıb qalıb. Aşqabad qadağanı izah etməyib, sonradan TIR-ların “təhlükəsizlik baxımından” ölkəyə buraxılmadığı haqda məktub göndərib. Sonradan qadağa götürülsə də bu ilin əvvəllərindən yenidən Tacikistan yükdaşıyanları Türkmənistan ərazisinə buraxılmayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=129696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728