Funtun dollara qarşı məzənnəsi son iki ilin ən aşağı həddinə enib

29.07.2019 - 19:54

Böyük Britaniya funtunun ABŞ dollarına qarşı məzənnəsi 2017-ci ilin mart ayından etibarən ən aşağı həddinə çatıb.

“Report” “The İndependent”ə istinadən xəbər verir ki, bu, yaxınlaşan sərt “Brexit”ə Boris Conson hökumətinin hazırlıq tədbirlərinə işgüzar mühitin reaksiyası olaraq dəyərləndirilir.

Belə ki, London valyuta bazarında iyulun 29-da bir funt 1,2318 dollara dəyişdirilirdi ki, bu da səhərki mübadilə əməliyyatlarına nisbətən 0,4 faiz azdır.

Qeyd edilir ki, bir qədər əvvəl Xarici İşlər katibi Dominik Raab başqa ölkələrlə sərbəst ticarət sazişləri imzalamadan Ümumdünya Ticarət Təşkilatının mövcud tarifləri əsasında ticarət əməliyyatları aparmağa hazır olmağın vacibliyini açıqlamışdı.

Hazırda Avropa İttifaqı üzvü olan Böyük Britaniya təşkilatın digər üzv ölkələrilə, habelə Aİ ilə sərbəst ticarət sazişi olan başqa ölkələrlə rüsumsuz ticarət əməliyyatları apardığı halda “sərt “Brexit” variantı gerçəkləşərsə, bu imtiyazlardan daha yararlana bilməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=130703

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728