Azərbaycan son beş ildə neft hasilatını 14% azaldıb

29.07.2019 - 20:10

Son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə) Azərbaycanda neft hasilatı 14%-ə yaxın azalıb.

“APA-Economics”in SOCAR-ın məlumatları əsasında apardığı hesablamalarına görə, bu ilin birinci yarısında Azərbaycanda 21,36 mln. ton neft hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 18,76 mln. tona yaxın olub.

Qeyd edək ki, planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” (Azərbaycanda neft hasilatının böyük hissəsi məs bu blokun üzərinə düşür) yatağının “Mərkəzi Azəri” platformasında hasilatın müvəqqəti dayandırılmışdı, bu da ölkədə “qara qızılın” hasilatına öz təsirini göstərib.

Ötən il ölkədə 38,8 mln. tondan çox neft hasil edilib ki, bu da, demək olar, 2017-ci ilin göstəricisi ilə bərabərdir.

Aparılan hesablamalara görə, bu ilin ilk yarısında SOCAR öz imkanları hesabına müstəqil olaraq 3,77 mln. ton neft hasil edib. Bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% azdır.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin öncə dediyinə görə, dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz Azərbaycanda olması şirkətin qarşısında

çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəf bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.

Xatırladaq ki, 2018-ci ildə SOCAR 7,54 mln. tondan artıq neft hasil edib. Bu göstərici əvvəlki ilə nisbətən 1,55% çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=130729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930