Son bir ildə baş verənlər: ixrac da artdı, istehsal da…

02.08.2019 - 18:27

Ötən ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2019-cu ilin iyul ayında 2,13 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 50 milyon kVts və ya 2,4 % çoxdur. 

Bu məlumatı virtualaz.org-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev verib.

Onun sözlərinə görə, ötən ilin iyul ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

T.Abdullayev deyib ki, elektrik enerjisinin istehsalının və ixracının artması ötən ilin iyul ayında ölkənin enerji sistemində baş vermiş məlum qəzadan sonra başladılan “Reablitasiya proqramı”nın nəticəsidir. Bu proqram çərçivəsində görülmüş işlərin nəticəsi olaraq elektrik stansiyalarının gücü əhəmiyyətli ölçülərdə artırılıb, nəticədə qonşu ölkələrə, o cümlədən Gürcüstana daha çox elektrik enerjisi ixrac etmək imkanı yaranıb.

Belə ki, ötən ilin iyul ayında qonşu dövlətlərə 10,4 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu il 101,8 milyon kVts elektrik enerjisi ixrac edilib. (Virtual.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=131371

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728