Neft Fondu dollar satışını artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamentindən Musavat.com-a məlumat verilib.
Qeyd edək ki, iyu ayında Fond tərəfindən 315,9 milyon dollar satmışdı. İyul ayında satış iyuna nisbətən 27,4 faiz artıb. Amma ötən ilin iyulu ilə müqayisədə 19 faizə yaxın azalma qeydə alınıb. Belə ki, 2018-ci ilin iyulunda ARDNF tərəfindən valyuta hərraclarında 536 milyon 600 min dollar satılmışdı. Ötən ilin yanvar-iyul ayları ərzində Fond tərəfindən valyuta hərraclarında 3 milyard 511 min dollar satılmışdı. Bu ilin müvafiq dövründə isə satış 3 milyard 78,5 min dollar təşkil edib. (Musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=131821