Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

19.08.2019 - 13:51

Səudiyyə Ərəbistanında xammal hasilatı ilə əlaqədar narahatlıq fonunda bazar ertəsi neftin qiyməti artır və bunu birjalardakı əməliyyatlar da göstərir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 08:45-ə olan məlumata görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,09% artaraq 59,28 dollar/barelə, WTI nefti üçün sentyabr fyuçerslərinin qiyməti isə 0.97% artaraq 55,34 dollar/barelə çatıb.

Xatırladaq ki, şənbə günü Yəməndə fəaliyyət göstərən “Ənsər Allah” hərəkatının (husilər) dəstələri Səudiyyə Ərəbistanının şərq sərhədləri yaxınlığlındakı Şəybah neft yataqlarında yerləşən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus neftayırma müəssisəsinə və neft anbarına 10 dronla hücum edib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib ki, “Saudi Aramco” dövlət neft şirkətinin obyektlərinə edilən partlayıcılı dron hücumu qaz zavodunda yanğına səbəb olub və o, lokallaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132072

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930