Xaricə çıxarılan pul baratlarının dəyəri 13% artıb

14.09.2019 - 13:13

Bu ilin I yarısında Azərbaycanın təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 723 mln dollar məbləğində qiymətləndirilir.

“Report” xəbər verir ki, bu, Mərkəzi Bankın 2019-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansı hesabatında bildirilir.

Qeyd edilir ki, daxilolmalar 495,3 mln dollar, ödənişlər isə 227,7 mln dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 89,5%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,4%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3,1%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 16% azalaraq 443,2 mln dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 13,1% artaraq 192,5 mln dollar olub. Nəticədə pul baratları üzrə 250,7 mln dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 267,6 mln dollar təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133020

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31