Neft bahalaşacaq? – PROQNOZ

16.09.2019 - 10:56

695d7f24f5b6cefSəudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum neftin 1 barelinin 100 ABŞ dolları səviyyəsinə çatmasına səbəb ola bilər.

“APA-Economics”in xəbərinə görə, bu proqnozla xarici mütəxəssislər çıxış ediblər.

Onların fikrincə, neftin qiymətinin 100 dollara qədər artması sözügedən obyektlərdə vəziyyətin bir ay ərzində normallaşması şəraitində baş verə bilər.

Səudiyyə Ərəbistanının neft hasilatını azaltması artıq nefti kəskin bahalaşdırıb. Belə ki, xəbər yazılan vaxtda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,49% artaraq 1 barelə görə 66,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,20% artaraq 59,84 dollar təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=133087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31